Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Aprel 2021 16:46
"Kipr probleminin uzunmüddətli həllinə nail olmaq üçün Cənubi Kiprin müsbət addım atacağını gözləmirəm. Nə qədər ki, dürüst davranmayacaqlar, o zamana qədər onlarla bir müstəvidə saziş imzalamağımız mümkün deyil".
Sonxeber.net bildirir ki, bunu APA-nın yerli bürosuna Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərin suallarını cavablandırarkən Kipr mövzusunda Cenevrədə 5+1 formatında keçirilən qeyri-rəsmi toplantının nəticəsinə mövqe bildirərkən deyib.
R.T.Ərdoğan bildirib ki, məsələ ilə bağlı 3 ay sonra keçiriləcək toplantıda Cənubi Kipr doğru mövqedə olacağı təqdirdə Kipr probleminin həlli mümkün olacaq.
Qeyd edək ki, 27-29 aprel tarixlərində Cenevrədə Kiprlə bağlı 5+1 formatında Çimali və Cənubi Kipr rəhbərlərinin, Böyük Britaniya, Yunanıstan və Türkiyənin xarici işlər nazirlərinin, BMT-nin Baş Katibinin iştirakı ilə keçirilən toplantıda Kipr probleminin uzunmüddətli həllində Yunanıstan və Cənubi Kipr tərəfi irəli sürülən şərtlərlə razılaşmayıb.