Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ailə daxilində hamıda olan böyrək xəstəliyi

Ailə daxilində hamıda olan böyrək xəstəliyi

Tarix: 1 May 2021 19:48

Baş verən bütün xəstəliklərin genetik səbəbli olduğu tibbə məlumdur.Böyrəklərdə baş verən polikistoz xəstəliyi də ən çox rast gəlinən və ailəvi xarakter daşıyan xəstəliklərdəndir. Belə ki, bu xəstəliyin diaqnozu qoyulan adamın ailəsndə mütləq həmin xəstəlikdən başqa ailə üzvündə də aşkar edilir.
Böyrəyin polikistozu böyrək toxumasının kistalarla əvəz olunması ilə xarakterizə olunur. Xəstəlik əsasən hər iki böyrəkdə baş verir. Polikistoz zamanı böyrəklərdə müxtəlif ölçülərdə kistalar müşahidə edilir. Kistaların sayı artdıqca böyrəyin nefron təbəqəsi öz strukturunu pozur. Xəstəlik irəlilədikcə böyrəklərin funksiyası pozulur və böyrək çatışmzlığı inkişaf edir.
Yuxarıda yazılanların baş verməməsi üçün mütəxəssislər böyrək polikistozu diaqnozu qoyulan xəstənin bütün ailə üzvlərinin yoxlanmasını tələb edir. Polikistoz diaqnozu qoyulan xəstələrdə narahatçılıq hissi olmasa belə o, ən azı 3 aydan bir müayinə olunmalı və həkim yoxlamasından keçməlidir.


Etiketlər:  Ailə daxilində hamıda olan böyrək xəstəliyi


RƏYLƏR