Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 May 2021 21:45
1990-cı illərin məşhur ifaçısı Andrey Qubin uzun illərdir gündəmdə yoxdur.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, rus mediası 47 yaşı tamam olan ifaçı ilə bağlı məlumat yayıb. Hələ də evlənməyən Andreyin övladı da yoxdur. O, Misirə köçüb və orada böyük ev kirayə götürüb. Dostları bildirib ki, Qubinin geri qayıtmaq fikri yoxdur.
Tez-tez yeni mahnılar bəstələyən ifaçıya prodüserlər dəfələrlə sənətə qayıtmaq təklifi ediblər. O, isə bu haqda düşünmədiyini deyib.