Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İran və Rusiya sülhməramlılarının Qarabağda qanunsuz əməlləri: Qalmaqallı görüntülər yayıldı - VİDEO

İran və Rusiya sülhməramlılarının Qarabağda qanunsuz əməlləri: Qalmaqallı görüntülər yayıldı - VİDEO

Tarix: 3 May 2021 10:44

Sosial şəbəkələrin İran seqmentində bu ölkənin Ermənistan vasitəsilə Qarabağa "yardım"ların çatdırılmasını əks etdirən qalmaqallı görüntülər yayılıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu yüklərin Ermənistandan keçərək, Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərinə aparıldığı bildirilib. Məlumatda qeyd edilib ki, həmin yük avtomobillərində bezin, qaz, bitum, eləcə də qida, geyim məhsulları, tikinti malları qanunsuz daşınır.

Bundan başqa, bildirilir ki, həmin avtomobillərlə əraziyə külli miqdarda narkotik daşınır.

İran hansı haqla bu "yardım"ları Azərbaycan ərazisinə çatdırır, rusiyalı sülhməramlılar isə hansı haqla qaçaqmalçılığa göz yumur?

Milli.Az


Etiketlər:  İran Rusiya sülhməramlılarının Qarabağda qanunsuz əməlləri Qalmaqallı görüntülər yayıldı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ