Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 May 2021 12:46
Türkiyənin "Türk Hava Yolları" şirkəti mayın 15-dən etibarən İstanbuldan Gəncə və Naxçıvana uçuşları bərpa etməyi planlaşdırır.
Bunu Sonxeber.net-a şirkətin Azərbaycandakı nümayəndəsi İlyas Seyfulla deyib.
Onun sözlərinə görə, İstanbul-Gəncə-Naxçıvan reysi həftədə iki dəfə, çərşənbə axşamı və şənbə günləri həyata keçiriləcək.