Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Iyul 2019 18:00
Bakı. Elçin Mehdiyev – Trend:
Azərbaycan Respublikasının Dövlət Himni işarət dilində hazırlanıb.
Trend-in məlumatına görə, layihə "Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım" İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.
Layihədə 15 eşitmə məhdudiyyətli gənc iştirak edərək Himni işarət dilində ifa edib, Himn dəfələrlə özfəaliyyət qruplar tərəfindən jest dilində ifa edilsə də, ilk dəfədir ki, dövlət dəstəyi ilə hazırlanaraq cəmiyyətə təqdim olunur.
Layihə rəhbəri Cəmilə Çingizqızı bildirib ki, hazırlanan klip eşitmə məhdudiyyəti olan gənclərin dünyaya mesajı olmaqla yanaşı, həm də Azərbaycançılığın təşviqinə xidmət edəcəkdir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin