Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 May 2021 13:04
"Azərbaycan Dəmir Yolları" QSC-nin əməkdaşları mərhələli şəkildə vaksinasiya prosesinə cəlb edilir.
Bu barədə Sonxeber.net-a qurumdan bildiriblər. Qeyd olunub ki, hazırda 40 və daha yuxarı yaş qrupuna aid olan ümumilikdə 10 mindən artıq əməkdaşın 62 faizi vaksin olunub. Peyvəndin birinci dozası vurulduğu tarixdən 29-35 təqvim günü sonra ikinci dozanın təmin edilir.
Qeyd edək ki, vaksinasiya prosesi işçilərin qeydiyyatda olduqları sahə poliklinikalarında, həmçinin müvafiq modul tipli vaksinasiya mərkəzlərində həyata keçirilir.