Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dövlət satınalmalarında iştirakla bağlı onlayn maarifləndirmə tədbiri keçiriləcək

Dövlət satınalmalarında iştirakla bağlı onlayn maarifləndirmə tədbiri keçiriləcək

Tarix: 31 Iyul 2019 19:39

Bakı. Trend:

Avqustun 6-da Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dəstəyi ilə sahibkarlar üçün dövlət satınalmalarında iştirakla bağlı onlayn maarifləndirmə tədbiri keçiriləcək.

KOBİA-dan Trend-ə bildirilib ki, dövlət satınalmalarını təşkil edən və həyata keçirən aidiyyəti qurumların mütəxəssislərinin iştirakı ilə keçiriləcək tədbirdə sahibkarlar satınalma prosedurlarına qoşulma, bu istiqamətdə həyata keçirilən islahatlar, tender müsabiqələri ilə bağlı tətbiq edilən yeniliklər, qanunvericilikdə nəzərdə tutulmuş digər qaydalar barəsində məlumatlandırılacaq, onları maraqlandıran suallar cavablandırılacaqdır.

Onlayn tədbirə ölkənin istənilən yerindən internetə çıxışı olan kompüter, planşet və mobil telefondan istifadə etməklə qoşulmaq mümkündür.

KOBİA-nın ölkənin 14 şəhər və rayonunda fəaliyyət göstərən KOB dostları tərəfindən sahibkarların tədbirə qoşulması üçün dəstək göstəriləcəkdir.

Onlayn maarifləndirmə tədbiri barədə ətraflı məlumatı bu linkdən əldə etmək olar: http://smb.gov.az/news/dovlt-satinalmalarinda-istirakla-bagli-onlayn-maariflndirm-tdbiri-kecirilck


Etiketlər:  Dövlət satınalmalarında iştirakla bağlı onlayn maarifləndirmə tədbiri keçiriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ