Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 May 2021 17:21
"Əsir məsələsi ilə bağlı dövlətin xüsusi orqanları, təhqiqat aparan qurumlar öz işlərini başavurmadan heç bir əsirin qaytarılması baştuta bilməzdi. Çünkü o proseslərdə o adamlar əgər Ermənistan vətəndaşlarıdır və Azərbaycan torpağında qeyri-qanuni olublarsa, deməli onların arxasınca bütün görülən işlrin hamısı müəyyən edilməlidir".
Bunu Sonxeber.net-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.
O bildirib ki, üç əsirinin geri qaytarılmasını ermənilər gərək dəyərləndirsinlər:
"Bu baxımdan da əlbəttə ki, Azərbaycan bu prosesdə lazımı prosedurları qaydalarla aparır və burada heç bir təzyiq vəziyyəti dəyişə bilməz. Əgər Azərbaycan dövlətinin özünün qərarı varsa ki, onlar qaytarılmalıdır, qaytarıldı. Və təbii ki, dövlət rəhbərinin, Azərbaycan siyasi sisteminin özünün də bir humanist yanaşması var burada.
Ermənistan bütün prosesləri mürəkkəb məcraya yönəltməyə cəhdlər göstərir. Ümumiyyətlə, gərginlik yaratmaqda Ermənistan bütün antirekordların hamısını qırıb. Amma bunun Azərbaycan dövlətinə heç bir təsiri yoxdur, proseslər hamısı lazımı qaydada aparılır və aparılmalıdır. Təbii, burada Ermənistana daha bir şans verdik ki, birincisi qondarma "əsirlərin" məsələsini təzyiqlə həll etməyə çalışmasınlar. Çünkü o təzyiqlər heç bir şeyi yoluna qoymayacaq, əksinə belə etməklə onlar vəziyyəti daha da mürəkkəb bir vəziyyətə salırlar. Odur ki, noyabrın 10-dan sonra atəşkəs elan olunmuşdu, o diversantların Azərbaycan torpaqlarında yaxalanması artıq qanunla tənzimlənir. Burada Ermənistan tələb yox, xahiş etməlidir. Onlar bu məsələyə xahişlə yanaşsalar, ola bilsin ki, bir təsiri ola. Amma təbii ki, təzyiq göstərəndən onra beynəlxalq qurumları, təşkilatları, başqa dövlətləri bu işə cəlb etməyin heç bir yeri yoxdur və heç bir də səmərəsi olmayacaq. Ona görə mən hesab edirəm ki, Ermənistan gərək şükür eləsin ki, Azərbaycan kimi alicənab davranan qonşusu var. Biz ermənilərə şansı şans dalınca vermişik. Düzdür, onun təsiri yoxdur, çünkü onlar dəyişməyə meyilli deyillər. Amma gərək heç olmasa çalışsınlar ki, bir balaca özlərini islah etsinlər, gərək mədəni davranışa yaxınlaşsınlar. Çünkü onlar bir qayda olaraq kobudluq vəhşilik vandallıq nümayiş etdirirlər. Elə işğaldan azad edilən torpaqlarımızın vəziyytində də biz bunu görürük. İnanmıram ki, ermənilərə elə bir təsir göstərə bilək ki, onlar artıq həqiqətən də özlərini normal bir tərzdə ifadə edə bilsinlər. Görünür onlar üçün hələ çox qalıb ki, normal bir davranış nümayış etdirsinlər.
Bizim 3 erməni əsiri geri qaytarmağımız həm rəsmi, həm də mənəvi kodekslərdən irəli gələn bir davranışdır. Odur ki, o şəxslərin İrəvana qaytarılması məhz böyüklük əlaməti olaraq tərəfimizdən öz həllini tapdı. Ermənilər gərək bunu dəyərləndirsinlər. İndi onlar rəsmi Bakının bu addımını dəyərləndirəcəklər, yoxsa yox, zaman göstərəcək".
Təhməz Əsədov