Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ölkədə azarkeşlər stadionlara qayıdır

Bu ölkədə azarkeşlər stadionlara qayıdır

Tarix: 5 May 2021 17:44

İngiltərə Premyer Liqasında tamaşaçıların tribunalara dönməsi yönündə hazırlıq gedir.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, son iki turda azarkeşlərin matçları canlı izləməsi qərara alınıb.

Təşkilatçıların yaydığı məlumatda bildirilib ki, koronavirus pandemiyası səbəbindən tribunalara məhdud sayda tamaşaçı buraxılacaq ki, onlar da yalnız meydan sahiblərinin azarkeşləri olacaq. Qonaq komandanın fanatlarının gələn mövsümdən matçlara buraxılması planlaşdırılır.

Qeyd edək ki, İngiltərə Premyer Liqasında son iki turun oyunları mayın 19-da və 23-də keçiriləcək.

Milli.Az


Etiketlər:  ölkədə azarkeşlər stadionlara qayıdır


RƏYLƏR