Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qastrit

Qastrit

Tarix: 6 May 2021 07:33

Qastrit nədir? Qastrit mədənin selikliqişasının iltihabi xəstəliyidir ki, bu xəstəlik mədənin öz funksiyasını normal yerinə yetirməyə qoymur. Qastrit zamanı mədədə yemək gec həzm olunur bu da öz növbəsində xəstələrin gücünün tükənməsinə və enerjisinin azalmasına səbəb olur.  Qastritin 3 növü var
1. Mədədə turşuluğun az olması ilə müşayiət olunan
2. Mədədə turşuluğun çox olması ilə müşayiət olunan
3. Mədədə turşuluğun olmaması ilə müşayiət olunan
Qastrit xəstəliyi xarici və daxili səbəblərdən baş verir. Klinikasına görə qastrit kəskin və xroniki olur.
Kəskin qastritdə xəstəlik qısa müddətdə baş verir. Bu zaman mədənin selikli qişası iltihablaşır, mədədə olan xlorid turşusu və pepsinin sekresiyasının xarakterində dəyişikliklər baş verir. Xəstə müalicə alır və bu əlamətlər kecib gedir.
Xəstəlik uzun müddət sürərsə xroniki hala keçir və bu zaman aşağıdakı əlamətlər ortaya çıxır.
- mədə nahiyyəsində ağırlıq
- qıcqırma
- ürəkbulanma
- qəbizlik və ya ishal
- köpmə
- meteorizm
- ağızda pis qoxu.
Qastritin xroniki forması mədənin selikli qişası üçün thlükəli sayılır. Bu proses uzun illər sürərsə mədədəki normal toxumalar atipik toxumalarla əvəz oluna bilər.
Mədə həzm sisteminin əsas orqanlarından biridir. Birincili həzm prosesi oradan başlayır.
Xəstəlikdən ən çox mədənin selikli qişasına zərər dəyir. Halbu ki, selikli qişada həzmin baş verməsi üçün kompanentlər ifraz olunur.
Qastrit zamanı xəstənin mədəsində xoşagəlməz hissiyatlar olur ki, bunlardan biri mədə qıcqırmasıdır. Qastrit zamanı mədədə olan pH -mədə turşusunun miqdarı normadan artıq olur ki, bu da öz növbəsində mədədə qıcqırmaya səbəb olur. Mədənin turşu balansı pozulduğuna görə mədə bağırsaq sistemində həzm prosesi normal getmir.
Qastrit xəstəliyinin əmələ gəlmə səbəbi kimi qida və kimyəvi zəhərlənmələr, ödün boş mədəyə tökulməsi, bağırsaq infeksiyaları, qazlı sular, bəzi dərman preparatları, spirtli içkilər qeyd olunur. Xəstəlik vaxtında və düzgün müalicə olunmazsa, sonu daha da pis nəticələnə bilər.
Xəstəliyin müalicəsi terapevtlər tərəfindən aparılır. Ən yaxşı müalicə alsa da belə qastriti olan xəstə daima qidasına nəzarət eləməlidir. Quru, qızardılmış, ədviyyatlı kəskin qidalardan uzaq olmalı, ayaqüstu, hisə verilmiş yeməklər yeməməlidir.


Etiketlər:  Qastrit


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ