Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Avqust 2019 02:28
Bakı. Trend:
Avqustun 2-dən 4-dək Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Yon Kornianu və Ladislav Simonun adına həsr olunmuş beynəlxalq turnir keçiriləcək.
Trend Azərbaycan Güləş Federasiyasının saytına istinadla xəbər verir ki, ölkəmizi bu yarışda üç yunan-Roma güləşçisi təmsil edəcək. Ənənəvi turnirdə məşqçi Emin Əhmədovun rəhbərliyi ilə dünya çempionlarımız Eldəniz Əzizli (55 kq) və Rəsul Çunayev (72 kq), eləcə də Beka Kandelaki (130 kq) mübarizə aparacaqlar.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin