Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mənzil kreditində yeni şans - VİDEO

Mənzil kreditində yeni şans - VİDEO

Tarix: 7 May 2021 11:54

Kirayə yolu ilə mənzil almaq istəyənlərin sayı artır

Sonxeber.net bildirir ki, ipoteka və Kredit Zəmanət Fondu tərəfindən artıq bir ildən çoxdur ki, kirayə mənzillərin verilməsinə başlansa da, bu müddət ərzində cəmi 784 mənzil üzrə müqavilə bağlanıb. İlk baxışdan bu rəqəm ehtimal ediləndən çox az görünür. Hər halda, ekspertlər Bakıda yüz minlərlə ailənin mənzilə ehtiyacının olduğunu bildirirlər və bu ailələrin ilkin ödənişsiz bu varianta maraq göstərməməsi sual doğurur.

Əmlak üzrə ekspert Ramil Osmanlı REAL TV-yə müsahibəsində göstəricinin belə aşağı olmasını ötən il baş vermiş pandemiya və 44 günlük müharibə ilə bağlı olduğunu bildirir.

İpoteka və Kredit Zəmanət Fondunda düşünürlər ki, tezliklə qurumdan kirayə mənzil alanların sayı artacaq.

Kirayə Mənzil departamentinin direktor müavini Aslan Zeynalovun sözlərinə görə kirayə mənzil mexanizmi ilə vətəndaşlar yaxından tanış olduqca bu yolla mənzil sahibi olmaq istəyənlər getdikcə artacaq. Çünki mənzillərin qiymətinin müəyyən edilməsi zamanı fond ilkin qiymətin üzərinə 3 faiz cəlb edilmiş vəsaitlər üzrə xərc kimi əlavə edilir. Daha 1 faiz isə Fondun mənzillərin saxlanması üzrə xərclərinə və sığorta xərclərinə görə əlavə edilir. Bu isə ölkə üzrə ən əlverişli sayılan güzəştli ipoteka faizi ilə eynidir. Xatırladaq ki, dövlət xətti ilə verilən adi ipotekalar 8 faizlə verilir, bankların öz vəsaitləri ilə verilən ipoteka kreditlərində isə faizlər daha yüksək olur.


Etiketlər:  Mənzil kreditində yeni şans VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ