Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 May 2021 19:25
Böyük Britaniya kraliçası II Yelizavetanın pivə markasının təqdimatı keçirilib.
Sonxeber.net "bizim.media"ya istinadən xəbər verir ki, mərasimin kraliçanın həyat yoldaşı, 74 yaşlı şahzadə Filipin ölümündən qısa müddət keçməsindən sonra gerçəkləşməsi diqqət çəkib.
"Bukingem" sarayından spirtli içkilərin tamamilə təbii olduğu, arpadan hazırlandığı açıqlanıb.
İstehsal olunan içkilər, pandemiya səbəbindən qoyulan məhdudiyyətdən sonra fəaliyyətə başlayacaq hədiyyə mağazasında satılacaq.
Spirtli içkilərin qablaşdırılması da maraq doğurub. İçkilər ənənəvi şüşə butulkalara doldurulub. Butulkaların üzərinə isə dovşan şəkili vurulub.