Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Məhkəmədə bütün qadınların adından mübarizə aparacağam''

''Məhkəmədə bütün qadınların adından mübarizə aparacağam''

Tarix: 8 May 2021 10:00

Üç il əvvəl boşanan məşhur cütlük - Mustafa Sandal və Əminə Yahoviç arasında aliment gərginliyi yaşanır. 

Sonxeber.net "bizim.media"ya istinadən xəbər verir ki, bir müddət əvvəl Sandal pandemiya səbəbindən maddi vəziyyətinin yaxşı olmadığını bildirərək aliment məbləğinin aşağı salınması üçün məhkəməyə müraciət etmişdi.

Bununla bağlı Əminə Yahoviçin cavabı gecikməyib. Belə ki, o, açıqlamasına müğənninin maddi sıxıntısının olmadığını bildirib:

"73 min 580 avro alacağım var. Maddi sıxıntısının olmadığını bilirəm. Ədalətin yerini tapacağına inanıram. Türk ədalətinə güvənim tamdır. Məhkəmədə  yalnız özüm üçün deyil, mənimlə eyni vəziyyətdə olan boşanmış bütün qadınların adından mübarizə aparacağam".


Etiketlər:  Məhkəmədə bütün qadınların adından mübarizə aparacağam


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ