Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vətən müharibəsi şəhidi dəfn olunub - FOTO - YENİLƏNİB

Vətən müharibəsi şəhidi dəfn olunub - FOTO - YENİLƏNİB

Tarix: 8 May 2021 13:02

13:00

Vətən müharibəsində şəhid olan hərbçi, baş əsgər Elməddin Vəkilov Daşkəsəndə dəfn edilib.

APA-nın yerli bürosunun məlumatına görə, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, baş əsgər Vəkilov Elməddin Nizami oğlunun nəşi Daşkəsən Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, rayon ictimaiyyətinin nümayəndələri, hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edib.

-------

11:31

Vətən müharibəsində şəhid olan hərbçi, baş əsgər Elməddin Vəkilovla Daşkəsəndə vida mərasimi keçirilir.

Sonxeber.net APA-ya istinadən bildirir ki, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, baş əsgər Vəkilov Elməddin Nizami oğlunun nəşi doğulduğu Daşkəsən şəhərinə gətirilib. Şəhidlə yaşadığı evdə vida mərasimi başlayıb.

Mərasimdə Daşkəsən Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, hərbçilər iştirak edir.

Şəhid hərbçimiz Daşkəsən Şəhidlər xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, Respublika Hərbi prokurorluğunun dünən yaydığı məlumata görə, həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində itkin düşmüş daha bir hərbçinin - müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, baş əsgər Vəkilov Elməddin Nizami oğlunun meyiti tapılaraq, şəxsiyyəti müəyyən edilməklə, aidiyyəti üzrə verilməsi üçün zəruri tədbirlərin görülməsi təmin olunub.

Şəhid hərbçimiz 1988-ci ildə Daşkəsən rayonunda anadan olub.


Etiketlər:  Vətən müharibəsi şəhidi dəfn olunub FOTO YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ