Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şuşadan sonuncu çıxan uşaqlardan biri - Xuraman Şuşalı

Şuşadan sonuncu çıxan uşaqlardan biri - Xuraman Şuşalı

Tarix: 8 May 2021 19:15

Azərbaycan xalqı 30 ilə yaxın müddətdə hər il böyük hüznlə may ayının 8-ni Şuşanın işğalı günü kimi qeyd edirdi. Bu gün isə Şuşa azaddır. Bu il Şuşanın işğal tarixini tamamilə başqa ab-havada qeyd edirik. Çünki, Azərbaycan dövləti Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şuşanı işğaldan azad edib, Şuşa Azərbaycan xalqına qaytarılıb.Tarixi ədalət bərpa edilib və Qarabağ azaddır.

Bu günü şuşalılar da tamam başqa ab-hava ilə qeyd edirlər. Məsələ ilə bağlı yenisabah.az-a danışan müğənni Xuraman Şuşalı illər sonra bu günü sevinc və qürur hissi ilə qarşıladığını deyib:

"Bu günə şükürlər olsun. Allah şəhidlərimizə rəhmət eləsin, valideynlərinə səbr versin. Şəhid analarının, qazilərimizin qarşısında baş əyirəm. Sağ olsun Ali Baş Komandanımız və bu qələbədə əməyi keçən hər bir şəxs. Hər il bu günü göz yaşları ilə, stresslə qarşılayırdım, çünki mən Şuşadan sonuncu çıxan uşaqlardan olmuşam. Ona görə mənim üçün hər may ayının 8-i ağır gün idi. Hər ilin bu günü keçirdiyim həyat film lenti kimi gəlib gözümün qarşısından keçirdi, atamın, anamın ağır vəziyyəti, çəkdiklərimiz... Yenidən özümə gəlmək, toparlanmaq üçün uzun bir vaxt lazım olurdu. Lakin bu günə şükürlər olsun. Qalibiyyətimizə, Şuşanın geri qayıtmasına görə bu il bu günü daha yüngül keçirirəm. Şuşanı şəhidlərimizin qanı bahasına aldıq, onlara hər gün rəhmət oxuyuram. Qalib olmağımız təsəllimizdir, şəhidlərimizin qanı yerdə qalmadı".

Xanım sənətçi şuşalı olsa da, hələ də Şuşaya gedib çıxa bilmədiyini deyib: 

"Hələ ki, mənə Şuşaya getmək qismət olmayıb. Allahın izni ilə mən də İnşallah, gedərəm".


Etiketlər:  Şuşadan sonuncu çıxan uşaqlardan biri Xuraman Şuşalı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ