Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur memar yol qəzasında öldü

Məşhur memar yol qəzasında öldü

Tarix: 10 May 2021 09:42

Tanınmış alman-amerikalı memar Helmut Yan ABŞ-ın İllinoys ştatının Çicaqo şəhərində yol qəzasında həlak olub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ABC telekanalı məlumat yayıb.

Şəhər Polis İdarəsinin rəisi Steven Miller bildirib ki, hadisə zamanı Helmut Yan velosipetdə olub. Qarşıdan gələn 2 avtomobilin toqquşması nəticəsində yaxınlıqda olan memar ölümcül xəsarət alıb.
"JAHN Architects" ofisinin rəhbəri 81 yaşlı memar Berlindəki "Sony Center" də daxil olmaqla, dünyada inşa edilmiş bir çox məşhur stadionlar, hava limanları və göydələnlərlə tanınır.

Milli.Az


Etiketlər:  Məşhur memar qəzasında öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ