Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tokio Olimpiadasının ləğvi istənilir

Tokio Olimpiadasının ləğvi istənilir

Tarix: 10 May 2021 13:56

Yaponiyada yerli əhalinin Tokio Yay Olimpiya Oyunlarına münasibəti ilə bağlı növbəti ənənəvi sorğu keçirilib.

Sonxeber.net apasport.az-a istinadən xəbər verir ki, bu dəfə də asiyalıların yarışa münasibəti mənfi olub.

Əhalinin yarıdan çoxu yarışın ləğvinin tərəfdarı kimi çıxış edib. Sorğuda iştirak edənlərin 59 faizi Olimpiya və Paralimpiya Oyunlarının keçirilməməsinə səs verib.

Yarışın təşkilinə razı olanların fikirləri də müxtəlifliyi ilə seçilib. Respondentlərin 23 faizi Oyunların tamaşaçılarsız baş tutmasını istəyir. 16 faiz isə yarışların məhdud sayda azarkeşlər önündə təşkilini dəstəkləyir. Digər 2 faiz isə ümumiyyətlə cavab verməkdə çətinlik çəkib.

Qeyd edək ki, ötən il keçirilməli olan Olimpiya və Paralimpiya Oyunları koronavirus pandemiyası səbəbindən bu ilə təxirə salınıb. Olimpiada avqustun 8-23-də baş tutmalıdır.


Etiketlər:  Tokio Olimpiadasının ləğvi istənilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ