Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 May 2021 15:09
İşğal dövründə Şuşa şəhərindəki tarixi Mamay bulağının ermənilər tərəfindən özünüküləşdirilməsinə cəhd edilib.
Belə ki, bulağın üzərində olan ərəb əlifbalı kitabə dəyişdirilərək erməni dilində olan xaç və simvollarla əvəz edilmişdi. Bununla yanaşı əvvəllər mövcud olmayan yeni simvol və yazılar da əlavə olunmuşdu.
Milli.az qafqazinfo-ya istinadən xəbər verir ki, hazırda ermənilər tərəfindən əlavə olunan bütün simvol və yazılar sökülərək, bulaq öz əvvəlki görkəmində bərpa edilir.
Qeyd edək ki, Mamay bulağı yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatındadır. Bulaq 1898-1899-cu illərdə yerli tacir Səməd ağa Cavanşirin sifarişi ilə tikilib. Mamay bulağı Qarabağ memarlığının inkişafında yeni mərhələ təşkil edir və Şuşa memarlığına xas olan xüsusiyyətləri özündə əks etdirib. Baş fasad hissəsi düzbucaqlı şəkildə birləşmiş, incə və mürəkkəb quruluşlu sütunlarla bəzədilib. Bulağın divar hissəsi əhəng məhlulundan ibarət yerli daşlardan hörülüb, dəmir damla örtülüb.