Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səhər oyanan kimi qəhvə içmək təhlükəlidir - Diyetoloq

Səhər oyanan kimi qəhvə içmək təhlükəlidir - Diyetoloq

Tarix: 10 May 2021 23:27

Səhər yuxudan oyanan kimi acqarına dərhal qəhvə içmək, eləcə də gecə yatmayan, növbəli işdə çalışanların da səhər qəhvə içməsi zərərli və təhlükəlidir.

Sonxeber.net xəbər verir ki, britaniyalı dietoloq Ketrin Kelli acqarına qəhvənin qanda şəkəri bir neçə saatlıq yüksəltdiyini bildirib.

"Qəhvə heç də həmişə gümrahlıq təsiri vermir. Yarıyuxulu insan qəhvə içərsə, əksinə o özünü daha da yuxulu, əzgin hiss edəcək. Beyini tam oyanmağa qoymur".

Həkim qəhvəni oyandıqdan ən tezi 40 dəqiqə sonra içməyi tövsiyə edir. Kimlər ki, müəyyən səbəblərdən gecə yarıdan səhərə kimi heç yatmayıb, onlara səhər tezdən qəhvə içmək ümumiyyətlə olmaz.

"Qəhvəni səhər yeməyindən sonra içmək daha uyğundur, o zaman qanda şəkər stabil qalacaq. Çünki səhər yeməyində qəbul edilən liflər qəhvənin bu təsirinin qarşısını alır".

Səhər oyanan kimi bir stəkan ilıq su içmək daha yaxşıdır. /medicina.az


Etiketlər:  Səhər oyanan kimi qəhvə içmək təhlükəlidir Diyetoloq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ