Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ'' ÇL-də qrupa vəsiqə qazanacaq'' - ''Dundalk''ın futbolçusu

''Qarabağ'' ÇL-də qrupa vəsiqə qazanacaq'' - ''Dundalk''ın futbolçusu

Tarix: 1 Avqust 2019 14:40

"Bizim üçün çox yaxşı təcrübə oldu. Ancaq nəticəyə görə təəssüflənirəm. İstədiyimiz oyunu nümayiş etdirəcəyimizi düşünürdüm. Ancaq rəqib buna imkan vermədi və bizi mübarizədən kənarlaşdırdılar.  Qəbul etməli olduğumuz nəticədir".

Qol.az-ın məlumatına görə, bu sözləri "Dundalk"ın futbolçusu  Daniel Kelli Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Qarabağ"a 0:3 hesabı ilə uduzduqları cavab oyunundan sonra İrlandiya mətbuatına deyib.

O, Ağdam klubunun ÇL-in qrup mərhələsində düşəcəyini bildirib: "Biz isə bazar ertəsi Slovakiyaya gedəcəyik. Avroliqada hələ də şansımız var. Optimist və realistəm. Avropa Liqasının qrup mərhələsinə düşmək şansımız hələ də qalır".

 


Etiketlər:  Qarabağ qrupa vəsiqə qazanacaq Dundalkın futbolçusu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ