Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kimlər qəhvədən daha çox istifadə edir?

Kimlər qəhvədən daha çox istifadə edir?

Tarix: 11 May 2021 23:57

Avstraliya alimləri insanların hansı hallarda kofeinli içkilərə meyilləndiyini təyin edib. Cənubi Avstraliya Sağlamlıq və Tibbi Araşdırmalar İnstitutunun mütəxəssisləri, Britaniya biobankından 39 ilə 73 yaş arasındakı 390.435 iştirakçının məlumatlarını təhlil edib. Genetik səviyyəyədə ürək-damar sisteminin sağlamlıq vəziyyətinin qəhvə istehlakına təsir etdiyi məlum olub.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, irsi xəstəlikləri olan insanlar şüuraltı olaraq qəhvədən və ya kofeinli içkilərdən çəkinir. Genetikasında problem olmayan insanlar isə, qəhfədən lazımınca istifadə etməyə meyllidir. Alimlər qeyd edirlər ki, əksər hallarda bədənin özü kofeinin qəbul etmə həddini təyin edir və içdiyiniz qəhvə miqdarına görə dolayı yolla ürək və qan damarlarının sağlamlığını qiymətləndirmək olar.

Milli.Az


Etiketlər:  Kimlər qəhvədən daha çox istifadə edir


RƏYLƏR