Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 May 2021 12:56
vətəndaşlar artıq bir sıra laborator analizləri və ağır əməliyyatları pulsuz etdirə biləcəklər. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşlara ödənişsiz təqdim olunan laboratoriya xidmətlərinin siyahısını açıqlayıb. Söhbət hansı analizlərdən gedir?
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, İcbari tibbi sığortanın xidmətlər zərfi genişləndirilir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşlara ödənişsiz təqdim olunan laboratoriya xidmətlərinin siyahısını açıqlayıb. Agentliyin Koordinatoru Pərvin Baxışəliyeva ''XəzərXəbər''ə bildirib ki, vətəndaşlar dövlət tibb müəssisələrinə gedərək bəzi analizləri pulsuz verə bilərlər
Pərvin Baxışəliyevə bildirib ki, bir sıra ağır əməliyyatlar da xidmətlər zərfinə daxil edilib.
Xatırladaq ki, əgər vətəndaşlara icbari tibbi sığorta çərçivəsində dövlət tibb müəssisələrində hər hansı bir tibbi xidmətin göstərilməsi mümkün olmasa, bu zaman agentlik müqaviləli dövlət və özəl tibb müəssisələrində vətəndaşlara həmin xidmətin göstərilməsini təmin edir.
Qeyd edək ki, icbari tibbi sığorta bu il aprelin 1-dən etibarən bütün ölkə ərazisində tətbiq olunur. Hazırda icbari tibbi sığortanın Xidmətlər Zərfinə 2550 sayda müxtəlif tibbi xidmət daxildir.