Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Onlarla ölkə koronavirusa qarşı vaksinin hələ də heç bir dozasını almayıb

Onlarla ölkə koronavirusa qarşı vaksinin hələ də heç bir dozasını almayıb

Tarix: 14 May 2021 10:06

Zəngin ölkələrin koronavirusa qarşı vaksin ehtiyatları olsa da, yoxsul ölkələrin bir çoxu hələ də öz vətəndaşlarını immunlaşdırma kampaniyasına başlaya bilmirlər.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Ümumdünya Səhiyyə Təşkilatı əksəriyyəti Afrika qitəsində yerləşən ondan çox ölkənin hələ də COVID-19 virusuna qarşı vaksinləri gözlədiyini bəyan edib. Çad, Burkina Faso, Burundi, Eritreya və Tanzaniya vaksin almaq üçün növbə gözləyir. ÜST qeyd edir ki, vaksin çatışmazlığı və onların çatdırılmasında gecikmələr Afrika ölkələrinin koronavirusa qarşı vaksinləmə prosesində dünyanın qalan hissəsindən daha çox geri qalmasına gətirib çıxarır. Hazırda dünyada tətbiq olunan vaksinlərin yalnız 1 faizi Afrika qitəsinin payına düşür.

Vaksinin olmadığı yerlərdə COVID-19-un narahatlıq doğuran yeni ştammlarının peyda olması ehtimalı mövcuddur. Səhiyyə resurslarının çatışmazlığı bir çox ölkədə koronavirusun təsirinin miqyasını müəyyənləşdirməyi çətinləşdirir.

Çad koronovirus pandemiyası başlayandan bəri yalnız 170 ölüm faktını təsdiqləyib. Lakin bu virusun yayılmasını dayandırmaq cəhdləri çox kövrəkdir. Parisdən və digər ölkələrdən müntəzəm uçuşlar infeksiya göstəricilərini 4835-dək yüksəldib.

Havanın temperaturunun 43,5 dərəcəyə yüksəldiyi Çadda vaksinlərin təhlükəsizliyini təmin edə biləcək soyuducu anbarların quraşdırılacağı təqdirdə, "Pfizer" vaksininin bir neçə dozasının ölkəyə gələn ay çatdırılacağı gözlənilir.

ÜST-nin məlumatlarına görə, Qərb yarımkürəsinin 11 milyondan çox əhalisi olan ən yoxsul ölkəsi Haitidə bir nəfər də olsun peyvənd olunmayıb. Halbuki, Haiti COVAX platforması vasitəsilə 756 min doza "AstraZeneca" vaksini almalı idi. Lakin hökumət rəsmiləri ölkədə vaksinlərin saxlanması üçün heç bir infrastrukturun olmamasını əsas götürərək həmin immunizatorlardan imtina etmək məcburiyyətində qalıb.

300 min əhalisi olan Vanuatuda koronavirusa yoluxma halı yalnız üç nəfərdə qeydə alınıb. Bu ölkəyə "AstraZeneca" vaksinin ilk dozalarının bu ayın sonunda çatdırılacağı gözlənilir.


Etiketlər:  Onlarla ölkə koronavirusa qarşı vaksinin hələ heç dozasını almayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ