Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ən böyük arzum həyata keçdi'' - FOTO

''Ən böyük arzum həyata keçdi'' - FOTO

Tarix: 14 May 2021 14:35

Müğənni Tunar Rəhmanoğlu da işğaldan azad edilən Şuşaya gedən məşhurlar sırasında yer alıb.

Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, sənətçi "Xarıbülbül" festivalında səhnəyə çıxıb. Tunar Cıdır düzündə çəkdirdiyi şəkilləri İnstaqram izləyiciləri ilə bölüşərək ən böyük arzusuna çatdığını bildirib:

"Ən gözəl bayram torpağında, elində keçən bayramdır. Mənim ən böyük arzum həyata keçdi. Bayramınız mübarək, əzizlərim. Allah tutduğunuz orucları, etdiyiniz bütün niyyətləri, duaları qəbul etsin. Xoş rəylərinizi oxuyuram, 35 illik sənət həyatımda sizinlə birgə irəli addımladığımın, sevgi qazandığımın, sevildiyimin şahidi oldum. Sevginiz üçün təşəkkür edirəm, mən də sizi sevirəm. Allah şəhidlərimizə rəhmət, qazilərimizə şəfa versin".


Etiketlər:  böyük arzum həyata keçdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ