Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 May 2021 00:15
Xalq artisti Firəngiz Mütəllimova illər sonra ata yurdu Şuşaya gedib.
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, aktrisa işğaldan azad edilən Şuşaya ayaq basarkən başını yerə qoyub torpağı öpüb.
Mütəllimova həmin görüntülərini sosial şəbəkədə yayımlayıb. O, paylaşımına "Şuşam, sənə qovuşmaq Ramazan bayramı günü mənə qismət oldu. Torpağına qurban olum, canım Şuşam" sözlərini yazıb.