Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirus insan ömrünü qısaldır - Bioloqdan xəbərdarlıq

Koronavirus insan ömrünü qısaldır - Bioloqdan xəbərdarlıq

Tarix: 15 May 2021 11:20

İnkişaf etmiş ölkələrdə orta ömür uzunluğu koronavirus pandemiyası səbəbiylə 1,2-2 ilə qədər azalıb.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə Corc Meyson Universitetinin Sistem Biologiyası Məktəbinin professoru Ança Baranova xəbərdarlıq edib.

Onun sözlərinə görə, koronavirus bir dəfədən artıq yoluxmanın mümkün olduğu sistemli xəstəlikdir.

"Koronavirus xəstəliyinin hər epizodu az-az həyatın uzunluğuna təsir edir. Bəzi hallarda isə heç də az deyil, əhəmiyyətli dərəcədə ömrü qısaldır", - deyə o, ABŞ-la bağlı statistikaya istinad edərək vurğulayıb.

Mütəxəssis həmçinin insanın növ olaraq ömrünün qısalığı məsələsinin alimləri düşündürdüyünü əlavə edib.


Etiketlər:  Koronavirus insan ömrünü qısaldır Bioloqdan xəbərdarlıq


RƏYLƏR