Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 May 2021 20:27
Alkoqoldan imtina etmək ömrü təxminən 30 il uzada bilər.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, İsveçdəki Karolinska İnstitutunun alimləri bu nəticəyə gəliblər. Eksperimentin nəticələri "Express" qəzetində dərc edilib.
Araşdırmada mütəxəssislərin 20 ildir Danimarka, Finlandiya və İsveçdəki alkoqol asılılığı olan insanların ömrünü izlədikləri qeyd olunur. Spirtli içki qəbul edən insanların müxtəlif xəstəliklərdən ölüm nisbəti nəzərəçarpacaq dərəcədə yüksək olub. Orta hesabla onların ömür müddəti 28 il azalıb.
Həkimlər mütəmadi olaraq alkoqollu içkilərin bədənə mənfi təsirləri barədə xəbərdarlıq edirlər. Kiçik dozalarda olsa da, alkoqol xüsusilə xərçəng, demans, impotensiya və sonsuzluq riskini əhəmiyyətli dərəcədə artırır. Alkoqol ürək, beyin və qaraciyərin işinə də mənfi təsir göstərir.