Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xaçmazda canavarların yaraladığı heyvanlar peyvənd edildi

Xaçmazda canavarların yaraladığı heyvanlar peyvənd edildi

Tarix: 27 Aprel 2019 11:32

Bakı. İlhamə İsabalayeva - Trend:

Xaçmaz rayonunda fərdi təsərrüfata hücum edən canavarların yaraladığı heyvanlar quduzluğa qarşı peyvənd edilib və onlar üzərində müalicə işləri aparılıb.

Bu barədə Trend-ə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli məlumat verib.

Xidmətdən bildirilib ki, Xaçmaz rayonunun Bəbəli kəndinin sakini Rəhman Məmmədovun tövləsinə hücum edən canavarlar 15 baş qoyun-quzunu parçalayaraq öldürüb, 15-ni isə yaralayıb.

Xaçmaz Rayon Baytarlıq İdarəsinin əməkdaşları hadisə yerinə baxış keçiriblər. Ölmüş heyvanlar sahibkarın vəsaiti hesabına, müəyyən edilmiş ərazidə basdırılıb və ərazi dezinfeksiya edilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Xaçmazda canavarların yaraladığı heyvanlar peyvənd edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ