Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Avqust 2019 00:32
"Neftçi"nin kapitanı Emin Mahmudov Avropa Liqasının II təsnifat mərhələsində Rusiyanın "Arsenal" klubuna 3:0 hesabı ilə qalib gəldikləri cavab oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, əvvəlcə oyunu şərh edib:
- Müdafiədə çox yaxşı oynayırdıq. Məqsədimiz onların oyunlarını nümayiş etdirməsinə mane olmaq idi. Yaxşı əks-hücumlar təşkil etdik. Məşqdə sıx pressinq üzərində işləmişdik. Rəqib pis komanda deyil, məcbur qalıb müdafiədən oynadıq. Əks-hücumlarda yaxşı çıxış etdik.
- “Neftçi”nin ilk dəqiqələrdən oyunu alınmırdı. Qol buraxsaydınız, bəlkə də başqa cür ola bilərdi...
- Bir az tez qol vursaydılar, bəlkə də, başqa cür olardı. Futboldur, belə şeylər olur. “Arsenal”a qol vurmaq üçün şans vermədik.
- Qriqalava “Neftçi”nin futbolçuları ilə gərgin anlar yaşayırdı. Epizodların birində sizə yaxınlaşıb, xoş söhbət etdi. Nə danışırdınız?
- Onunla bir komandada oynamışam. Onu yaxşı tanıyıram. Bir az aqressiv və emosional futbolçudur. Oyunda belə şeylər baş verir.
- “Arsenal” səddini keçməyiniz komanda üçün stimul oldu. “Bney Yehuda” ilə III mərhələdəki oyunlara qələbə üçün çıxaqcaqsınız?
- Əlbəttə, biz “Bney Yehuda” ilə oyunlara da qələbə üçün çıxacağıq. Biz hər oyuna bu istəklə çıxırıq.
- “Bney Yehuda”nı keçəcəyinizə inanırsınız?
- Əlbəttə, inanmasaq, niyə çıxaq ki?
- Azərbaycan klubları İsrail komandaları ilə oyunlarda uğursuzluğa düçar olur.
- Rusiya klublarını da heç vaxt məğlub etməmişdik. İnanıram ki, yaxşı olar. İlki bacararıq.