Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şirkətin satış təmsilçisinə cinayət işi açıldı

Şirkətin satış təmsilçisinə cinayət işi açıldı

Tarix: 16 May 2021 16:28

"Gədəbəy Mineral Suları" MMC-nin Ağstafa-Qazax rayonu üzrə satış təmsilçisi Cavid Məmmədovun yol verdiyi qanunsuz hərəkətlərlə bağlı rayon prokurorluğuna müraciət daxil olmuşdur.

Qazax rayon prokurorluğundan Sonxeber.net-a verilən məlumata görə, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Cavid Məmmədov 2020-ci ilin fevralın 06-dan sentyabrın 30-dək olan dövr ərzində ona etibar edilmiş firmaya məxsus müxtəlif çeşidli su məhsullarının satışından əldə edilmiş pulu kassaya mədaxil etməyərək həmin firmaya xeyli miqdarda maddi ziyan vurmaqla mənimsəmişdir.

Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Hazırda istintaq aparılır.


Etiketlər:  Şirkətin satış təmsilçisinə cinayət işi açıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ