Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Avqust 2019 03:28
Bakı. Trend:
ABŞ administrasiyası hesab edir ki, Suriya və İraqda təxminən 15 min İŞİD terror qruplaşmasının üzvü qalır.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu jurnalistlər üçün brifinqdə ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri deyib.
C.Ceffri bildirib: "İraq və Suriyada dəyərləndirmələrə görə təxminən 15 min terrorçu qalır. Bildiyiniz kimi, bu şəxslər Fəratın cənub istiqamətində hər iki tərəfə hərəkət edirlər. Onlar şimal-şərqə hərəkət etmirlər, çünki orada biz təhlükəsizliyi təmin etmişik".
Xüsusi nümayəndə qeyd edib ki, ABŞ İŞİD terror qruplaşmasına qarşı mübarizə üzrə müttəfiqlərini Suriyada hərbçilərini saxlamağa çağırır.
Onun sözlərinə görə, 2017-ci ilin yanvar ayından koalisiyasının tərkibinə Afrika və Asiyanın 12 ölkəsi daxil olub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin