Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Avqust 2019 09:38
Bakı. Elçin Mehdiyev – Trend:
2019-cu ilin yanvar-iyun aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2018-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 3,0 faiz artaraq 9 milyard 987,0 milyon manat olub.
Trend-in məlumatına görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz artaraq 4 milyard 617,5 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,0 faiz artaraq 5 milyard 369,5 milyon manata bərabər olub.
İstehlak məhsullarının 27,1 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 47,4 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 25,5 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin