Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Avqust 2019 09:40
Bakı. Elçin Mehdiyev – Trend:
Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların ilk qrupu bu gecə Səudiyyə Ərəbistanına yola düşüb.
Bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.
Qeyd olunub ki, ilk qrupa 180 zəvvar daxildir. Digər 180 zəvvardan ibarət qrup isə bu gün günorta saatlarında yola düşəcək.
Xatırladaq ki, zəvvarların avqustun 2-dən 6-a qədər Həcc ziyarətinə yola düşmələri, avqustun 21-dən 25-ə qədər isə Azərbaycana dönmələri planlaşdırılır. Onlar 8 təyyarə reysi ilə yola salınacaqlar.
Bu il Həcc ziyarətinin qiyməti 4285 ABŞ dolları təşkil edir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin