Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 May 2021 17:04
Ermənistanda jurnalistlər imza yığımına başlayırlar.
Milli. Az "bizim.media"ya istinadən xəbər verir ki, saat 18:00-da İrəvanda terrorçu Qaregin Njdenin heykəlinin yanında başlayacaq imza toplanışı barədə jurnalistlər artıq Ermənistan hökumətinə müraciət də ünvanlayıblar.
Nikol Paşinyan, Vaqarşak Arutyunyan, Armen Abazyan, Ara Ayvazyan və Vaqe Kazaryana göndərilən müraciətdə deyilir ki, ölkədə hərtərəfli informasiya çatışmazlığı var.
Əgər KİV-i yalan məlumat yaymaqda günahlandırırsınızsa, bunun qarşısını almaq üçün hökumətdən tədbirlər görməyi tələb edirik:"Sərhədboyu zonalarda foto və video çəkilişlərə icazə verilsin.
"Hökumətin media ilə bağlı qəbul etdiyi son qərarlar ləğv olunsun. Çünki COVİD-19 ilə bağlı susmağa məcbur edilirdik. Bu qadağalar 44 günlük savaş ərzində də tətbiq olundu".
Qeyd edək ki, mətbuatda azad söz tələb edənlər "Təhlükəsiz Ermənistan naminə jurnalistlər" təşəbbüsünün üzvləridir.