Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 May 2021 19:20
Bir moda markasının hazırladığı çimərlik geyimləri üçün obyektiv qarşısına keçən aparıcı Burcu Esmersoy bunun üçün Marmarisə yollanıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, geyimlərin müəllifi də aparıcı özüdür.
44 yaşlı Burcu 6 saat davam edən çəkilişlərdə 12 dəst dəyişib. Bunun qarşılığında isə o, 400 min lirə (təxminən 81 min manat) alıb.
Qeyd edək ki, Esmersoy 2014-cü ildə çəkildiyi reklamdan 300 min lirə (61 min manat), 2016-cı ildə vitamin tanıtımı üçün 500 min lirə (102 min manat) alıb. İnstaqram səhifəsindəki paylaşımların hər biri üçün isə aparıcı 25 min lirə (5 min manat) alır.