Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Samirənin norveçli ilə sevgi hekayəsi... - VİDEO

Samirənin norveçli ilə sevgi hekayəsi... - VİDEO

Tarix: 19 May 2021 12:45

Azərbaycanın "Avroviziya" təmsilçisi Samirə Əfəndi ilə Norveçdən olan TIX-in sevgi hekayəsindən bəhs edən videoçarx hazırlanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, video beynəlxalq müsabiqənin rəsmi yutub hesabında yerləşdirilib.

"Bir "Avroviziya" əfsanəsi" başlıqlı çarxda Samirə və TIX-in bir-birinə etdiyi jestlər, verdikləri hədiyyələrin görüntüləri əks olunub.

Həmçinin, TIX-in tərcümə proqramlarından istifadə edərək sözləri Azərbaycan dilinə çevirməsi və Samirəyə yazması diqqətdən yayınmayıb.

Həmin kadrlarda Əfəndinin müsabiqədəki ifasına da yer verilib.

Qeyd edək ki, norveçli sənətçi ötən ildən Əfəndiyə sevgi etirafları ilə gündəmə gəlib. O, bir neçə gün əvvəl Samirə ilə görüşüb. 

Ötən gün isə TIX Samirənin qarşında diz çökərək mahnı ifa edib. Onların sevgi macəralarına Avropa mətbuatı xüsusi diqqət ayırır. 

Milli.Az


Etiketlər:  Samirənin norveçli ilə sevgi hekayəsi VİDEO


RƏYLƏR