Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 May 2021 15:12
Tarixi zəfərlə başa çatan müharibədə şəhidlik zirvəsinə ucalanların övladları bizə əmanətdir. Bəzilərinin bir hərəkəti, bəzilərinin isə bir baxışı şəhidin simasını yansıdır. Ataları gözləri qarşısında torpağa tapşırılan övladların bugünkü psixoloji vəziyyətləri isə fərqlidir. Bəzisi şəhidin heç bir şəklini görmək istəmir. Bəziləri isə özünə qapanıb. Hazırda onlara psixoloji yardım göstərilir.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, şəhidlərin övladlarının psixoloji problemləri ilə bağlı mərkəzlərə edilən müraciətlərin sayı artıb.
Haqq savaşımızın böyük qələbəmizlə sona çatmasından dolayı sevincliyik. Lakin qəbul etmək lazımdır ki, müharibənin böyük fəsadları da olur. Elə şəhidlik zirvəsinə ucalan oğullarımızın ailələrinin hazırki durumu bu gün hər birimizi düşündürür. Şəhid Orxan Əliyevin bacısı deyir ki, onun 4 yaşlı övladı şəhidin çərçivəyə salınmış heç bir şəklini görmək istəmir. O bildirir ki, sadəcə atasını istəyir.
Şüvəlan Uşaq və Ailələrə Dəstək mərkəzi psixoloq, hüquqşünas və sosial işçilərin iştirakı ilə Xəzər rayonu ərazisində yaşayan vətəndaşlara daim yardım edir. Elə şəhid Axundov Mirzənin qız övladının bu dəstək nəticəsində psixoloji vəziyyəti daha yaxşı hal alıb.
Mərkəz direktorunun sözlərinə görə edilən müraciətlərin çoxu, psixolji vəziyyətlərlə və insanların hüquqlarının qorunması ilə bağlıdır.
Sitarə Əhmədova bildirir ki, bu gündən başlayaraq 3 gün mərkəzdə açıq qapı günü keçiriləcək.