Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 May 2021 20:56
Çin 2007-ci ildən bu yana Tacikistan iqtisadiyyatına 3 milyard 15 milyon ABŞ doları həcmində sərmayə yatırıb. Ötən il isə Çinin Tacikistan iqtisadiyyatına qoyduğu sərmayə 152 milyon dollar həcmində olub.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu haqda Tacikistanın İnvestisiyalar və Dövlət Əmlakının İdarə olunması üzrə Dövlət Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, ümumiyyətlə, 2020-ci ildə müxtəlif dövlətlər və maliyyə institutları tərəfindən ölkə iqtisadiyyatına 428,4 milyon dollar sərmayə yatırılıb.
Qeyd edilib ki, 2007-2020-ci illərdə dünyanın 65 dövləti və maliyyə institutları ölkə iqtisadiyyatına 10,3 milyard həcmində sərmayə qoyub, bunun da 30 faizi Çinin payına düşür. 2007-ci ildən bu yana Çindən sonra Tacikistan iqtisadiyyatına daha çox Rusiya (1,6 milyard dollar), ABŞ (703 milyon dollar), Böyük Britaniya (694 milyon dollar) və Qazaxıstan (577 milyon dollar) sərmayə qoyub.