Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan neftinin daşınmasında BTC-nin payı nə qədərdir? - STATİSTİKA

Azərbaycan neftinin daşınmasında BTC-nin payı nə qədərdir? - STATİSTİKA

Tarix: 20 May 2021 09:08

2021-ci ilin yanvar-aprel aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə 9,06 milyon ton neft nəql olunub ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 7,03 faiz azdır.

Sonxeber.net bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən məlumat verir.

Hesabat dövründə magistral neft kəmərləri ilə nəql edilən neftin 76,1 faizi BTC xəttinin payına düşüb.

Ümumilikdə, hesabat dövründə magistral neft kəmərləri ilə 11,9 milyon ton neft nəql edilib.

Yanvar-mart aylarında Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə 1,28 milyon ton tranzit (Türkmənistan) nefti nəql edilib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 14,2 faiz azdır.


Etiketlər:  Azərbaycan neftinin daşınmasında payı qədərdir STATİSTİKA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ