Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 May 2021 12:50
Zəngilan rayonunun Ağalı kəndində ''Ağıllı kənd'' layihəsinin icrası davam edir. Elə bu kəndin sakinləri də tezliklə pilot layihənin başa çatdırılacağı günü gözləyirlər. Bəs görəsən ''Ağıllı kənd'' layihəsinin Ağalı kəndinin sakinləri üçün əhəmiyyəti nədən ibarətdir? Kənd sakinləri ağıllı texnologiyalardan necə istifadə edə biləcəklər? Bu suallara Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin rəhbəri Əkbər Abbasov aydınlıq gətirib.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, birinci "Ağıllı kənd" pilot layihəsi Zəngilan rayonunun 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərini əhatə edir və hazırda da orda işlər sürətlə aparılır. Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin rəhbəri Əkbər Abbasovun sözlərinə görə, layihənin əsas üstünlüyü gələcəkdə bu kəndlərdə məskunlaşacaq sakinlərin evlərinin ağıllı texnologiyalar əsasında qurulması ilə bağlıdır. Bundan başqa, bu kəndlərdə yaradılacaq yüksək texnologiyalar sakinlərə daha rahat və təhlükəsiz yaşayış imkanı yaradacaq.
Kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunacaq. Bütün yaşayış evləri və sosial obyektlər alternativ enerji mənbələri ilə təmin ediləcək. Ən vacib məsələ isə bu kənlərdə tətbiq ediləcək "ağıllı kənd təsərrüfatı" sahəsi ilə bağlıdır. Sakinlərdən əldə edilən məhsullar sadəcə xammal formasında deyil, daha çox emal edilərək daxili və xarici bazara çıxarılacaq.
Bəs "Ağıllı kənd"lərə köçüb yaşayan sakinlər "ağıllı kənd təsərrüfatı" texnologiyalarından istifadədə hansı çətinliklərlə üzləşə bilərlər?
Qeyd edək ki, Zəngilan rayonunda "Ağıllı kənd" layihəsinin ilin sonuna kimi yekunlaşdırılması və minə yaxın sakinin ora köçürülməsi nəzərdə tutulub.