Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 May 2021 14:36
Havaların istiləşməsi və sahələrdə suvarmaya tələbatın artdığı bu vaxtlarda bəzi rayonlarda su qıtlığı yaşanır. Saatlının Mircəlal, Orta Muğan, Nabat və Smada kəndləri, Göyçayın isə İnçə kəndində su azlığı müşahidə edilir. Aidiyyatı qurumlar problemə səbəb kimi çaylarda sululuğun az olmasını göstərirlər.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, Saatlı rayonunun bir neçə kəndində sakinlər suvarma ilə bağlı çətinliklə üzləşiblər.
Rayonun Orta Muğan kənd sakinləri deyirlər ki, bir müddətdir ki, əkin sahələrini suvara bilmirlər. İçməli su ilə təchizatda da problemlər var. Havaların isinməsi ilə suya təlabat artsa da, sözügedən kənddə qıtlıq yaşanır.
Su çatışmazlığı rayonun Mircəlal, Nabat və Smada kəndlərində də mövcuddur. Məsələ ilə bağlı Saatlı Suvarma Sistemləri idarəsindən bildirilib ki, problemin əsas səbəbi Araz çayında suyun illik normadan aşağı olmasıdır.
Bənzər problem Göyçayın İnçə kəndində də yaşanır. Sakinlərin sözlərinə görə su azlığına görə əkin sahələrini suvara bilmirlər. Bu isə məhsuldarlığa ciddi ziyan vurur.
Göyçay Suvarma Sistemləri idarəsinin baş mühəndisi Lətif Əliyev məsələyə aydınlıq gətirib.
Qeyd edək ki, sözügedən rayonda əsas su mənbələri Yuxarı Şirvan kanalı, Göyçay çayı və Yekəxana su anbarıdır..Qarşıdakı dövrdə suyun nəzərdə tutulmuş qrafiklə verilməsi davam etdiriləcək.