Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Avqust 2019 14:32
Bakı. İlhamə İsabalayeva - Trend:
Dəniz kənarında fəaliyyət göstərən obyektlərin hamısında təmizləyəci qurğular olmalıdır.
Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Rauf Əliyev bildirib.
Xəzər dənizinin çirkləndirilməməsinin çox vacib məsələ olduğunu deyən deputat qeyd edib ki, bu gün dəniz kənarındakı obyektlərdən dənizə çirkab sular axıdılır və nəticədə dəniz çirklənir:
"Həmin obyektlərə qarşı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin başladığı tədbirlər alqışlanmalıdır. Dəniz sahillərində yerləşən və dənizi çirkləndirən bir çox obyektlərin ETSN tərəfindən məhkəməyə verilməsi doğru addımdır və bunu hamı dəstəkləməlidir. İctimai-iaşə obyekt işlədənlər üçün təmziləyici qurğunun quraşdırılması elə də çətin məsələ deyil. Məhkəmələr də mütləq qərar verməlidirlər ki, həmin obyektlər təmizləyici qurğular quraşdırsın. Hesab edirəm ki, məhkəmələr, bələdiyyələr, yerli icra orqanları, deputatlar da bu məslələrdə ETSN-yə kömək etməlidir. Əslində bu məsələlərin həlli üçün bütün cəmiyyət nazirliyə kömək olmalıdır. Çünki çimərliklərdən hamı istifadə edir və dənizi qorumaq da hamımızın borcudur”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin