Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 May 2021 21:03
Standart onkoloji terapiya metodu ilə onkologiyanın müalicəsi bədxassəli hüceyrələri məhv etməklə yanaşı, sağlam hüceyrələrə də zərər verir. Problemi həll etmək üçün rus alimləri xərçəng hüceyrələrinin "enerji stansiyalarında" - mitoxondriyada seçici şəkildə toplana bilən kimyəvi "çarpaz əlaqəli" maddələr hazırlayıb. Lipofilik kation (mitoxondriya hədəfli antioksidantlar sinfi) maddəni hüceyrələrə daşıyır və funksional olaraq aktiv komponent olan betulin turşusu, onların ölümünə səbəb olur.
Sonxeber.net deyerler.org-a istinadən bildirir ki, dərmanın yalnız bədxassəli hüceyrələrə təsir göstərəcəyi, gələcəkdə onkoloji xəstəlikləri ciddi yan təsirlər olmadan müalicə etməyə imkan verəcəyi ehtimal edilir. Ən çox istifadə edilən xərçəng müalicələrindən biri də kimyəvi terapiyadır. Xəstəyə şiş hüceyrələrinin böyüməsini və bədəndə yayılmasını dayandıran dərman vurulur. Bununla birlikdə, kimyəvi terapiyanın əhəmiyyətli çatışmazlığı var: yalnız xərçəng hüceyrələrini deyil, sağlam hüceyrələrə də mənfi təsir göstərir. Nəticədə qaraciyər, böyrək və ürək daxil olmaqla, insanın daxili orqanlarının işində ciddi ziyan və fəsada səbəb olur. Buna görə alimlər yan təsirləri minimuma endirəcək dərmanlar axtarır.