Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 May 2021 13:44
44 günlük vətən müharibəsinə könüllü yollanan igidlərimizdən biri də Maarif Səfərovdur. Bir-neçə rayonun işğaldan azad edilməsində iştirak edən qəhrəmanımız göstərdiyi şücaətlərə görə ölümündən sonra ''Vətən uğrunda'' medalı ilə təltif edilib.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, könüllü olaraq Vətən müharibəsinə yollananda son sözü bu oldu. Darıxmayın, mənimlə fəxr edəcəksiniz. Söhbət 2-ci qarabağ döyüşləri zamanı şəhid olmuş Maarif Səfərovdan gedir.
1997-ci ildə Cəlilabad rayonunda anadan olan qəhrəmanımız 2015-ci ildə hərbi xidmətə yollanıb.Torpaqlarımızın işğalda olması ilə heç vaxt barışmayan Maarif müharibə başlayanda hamıdan xəbərsiz orduya yazılır. Müharibə başlar-başlamaz şiddətli döyüşlərə qatılır.
Anası Tamara Səfərova deyir ki, birinci Qarabağ müharibəsi zamanı dayısının şəhid olduğu yeri ələ keçirəndən sonra zəng edərək səvincli xəbəri çatdırıb.
Maarif Səfərov Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib. O, ötən il oktyabrın 20-də Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Qəhrəman şəhidimiz ölümündən sonra ''Vətən uğrunda'' medalı ilə təltif edilib.