Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zəngəzur dəhlizi: Türkiyə Azərbaycana güvənir - ÖZƏL AÇIQLAMA

Zəngəzur dəhlizi: Türkiyə Azərbaycana güvənir - ÖZƏL AÇIQLAMA

Tarix: 21 May 2021 14:33

"Zəngəzur bölgəsi Anadoluda yaşayan türklərlə, Orta Asiyada yaşayan türklərin bir bağlantı nöqtəsidir". 

Bunu Sonxeber.net-a açıqlamasında ehtiyatda olan türkiyəli general-mayor Özgür Tör deyib.

General bildirib ki, türk milləti üçün ən faydalı nəticəni əldə edəcəyimizə güvənirik:

"Bu dəhlizin türk dünyası arasında bir əlaqə olduğunu qeyd etməliyik. Bu dəhlizin türk dünyasını birləşdirməsindən əlavə bir ticari əhəmiyyəti də var. Xüsusən də keçmiş İpək yolunun yenidən canlandırılması istiqamətində Çindən gələn ixracat, idxal yolunun bu dəhlizdən keçərək Türkiyə üzərindən Avropaya doğru açılmasının yenidən planları qurulduğu bir zamanda mübahisələrin, gərginliyin meydana çıxması başqa bir məna daşıyır.

Bu dəhliz vasitəsi ilə hökm etmək istəyi dəhlizin iqtisadi əhəmiyyətindən çox nəzarəti ələ almaq səylərini artırır. Çünki Çindən gələn ticarət yoluna nəzarət etmək məsələsi həm İran, həm də Rusiya tərəfindən çox azrulanır. Amma təbii ki, bu ərazinin tarixi bir türk torpağı olduğunu da unutmayaq. 

Xüsusən də istehsal mexanizmləri son 40-50 ildə əsasən Orta Asiya və Cənubi Asiyayanın üzərinə düşdüyünü dəyərləndirməli olsaq, o zaman bu dəhlizin enerji yollarını birləşdirməsi nəzərindən də önəmi daha çox başa düşüləcək. 

Zəngəzur dəhlizi bizim nəzərimizdən mədəniyyət mənasında da çox önəmlidir. Azərbaycanda yaşayan türk qardaşlarımızın magistral yolla da Türkiyəyə gəlməsi, eyni zamanda Türkiyədə yaşayanların da bu yolla Azərbaycana getməsi, dəmiryolu xəttinin istifadəyə verilməsi kimi fəaliyyətlər əslində çox önəmli hadisələrdi. Bunu bu gün anlamağımız çox çətin ola bilər. Amma gələcəkdə bunun əhəmiyyəti daha çox öm plana çıxacaq. 

Problemi şanlı Azərbaycan Ordusu qəhrəmancasına yoluna qoymağa davam etdikdən sonra, artıq müqavilərlə çox müsbət nəticələrin əldə edilməsi üçün mübarizə aparacaq. Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi ilə türk milləti üçün ən faydalı olan qazancın təmin edilməsi istiqamətində lazım olan işlərin görüləcəyinə və istədiyimiz nəticəni əldə edəcəyimizə güvənirik".

Təhməz Əsədov


Etiketlər:  Zəngəzur dəhlizi Türkiyə Azərbaycana güvənir ÖZƏL AÇIQLAMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ