Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 May 2021 16:35
Xalq artisti Tünzalə Ağayeva "Özəl" proqramında həyatı və sənəti ilə bağlı açıqlamalar verib.
Sonxeber.net sherq.az-a istinadən xəbər evrir ki, o məşhur "Xoş gəldin, gülüm" mahnısının ərsəyə gəlməsindən danışıb: "Moskvadan qayıdanda gördüm ki, mesaj gəlib. Və yazılıb:
"Xoş gəldin, gülüm dünyama. Suyu qurumuş dəryama".
Dörd sətirlik bir mesaj idi . Çox xoşuma gəldi. Mahnının söz yazarına dedim, gəl, bunu şeirə çevirək. Nəhayət sözləri hazırladıq. Bir gün vanna otağını təmizləyirdim, o zaman musiqisini bəstələdim. Əslində insanların təsəvvüründə bəstəkar daim piano arxasında olur, mahnı orada yazılır. Həmişə elə alınmır. Bəzən günəşin altında, ev təmizləyərkən də əsər yaranır. Bu özəl anlardır və ilk dəfə etiraf edirəm. Yazdığım mahnıların 90 faizində əsas nəqarət, yadda qalan hissədə düşünürəm ki, bu seviləcək".