Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

11 günlük faciə bitdimi? - VİDEO

11 günlük faciə bitdimi? - VİDEO

Tarix: 21 May 2021 23:46

İsrail hökuməti və Qəzza zolağındakı iki Fələstin qruplaşması arasında 11 günlük döyüşlərə son qoyulması üçün atəşkəs razılaşması əldə edilib.

İsrail hökumətinin Təhlükəsizlik Şurası bildirib ki, qurum mayın 20-də "qarşılıqlı və qeyd-şərtsiz" olaraq Misir tərəfindən təklif olunmuş atəşkəsə yekdilliklə səs verib. Lakin İsrail rəsmiləri bildirirlər ki, razılaşmanın icrası vaxtı hələ razılaşdırılmayıb. Artıq "Həmas" və "İslami Cihad" qruplaşmaları atəşkəsə razılaşdıqlarırnı bəyanatla təsdiq ediblər. Atəşkəs yerli vaxtla mayın 21-də gecə saat 2-də qüvvəyə minib. Diplomatik mənbələrin bildirdiyinə görə, Misirin iki nümayəndə heyəti atəşkəs rejiminə nəzarət olunması üçün İsrailə və Fələstin ərazilərinə yollanacaq. Bu razılaşmadan bir gün əvvəl ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahunu gərginliyi de-eskalasiya etməyə çağırmışdı. Həmin gün Misir, Qətər və BMT vasitəçiliklərini təklif etmişdilər.

İki tərəf arasında döyüşlər işğal olunmuş Şərqi Qüdsdə İsrail və fələstinlilər arasında həftələrlə davam edən gərginliyin ardınca mayın 10-da başlanmışdı. Həmas İsraildən "Əl-Əksa" məscidi rayonundan çəkilməyi tələb etdikdən sonra İsrail ərazisini raketlərdən atəşə tutmuşdu. İsrail buna hava zərbələri ilə cavab vermişdi. Səhiyyə rəsmiləri döyüşlər nəticəsində Qəzzada çox sayda uşaq və qadın da daxil 232 nəfərin həlak olduğunu bildirirlər. İsrail ərazisində 12 nəfərin həlak olduğu xəbər verilib. Bu, Həmas və İsrail arasında son illərin ən şüddətli toqquşması idi.

Raket və artilleriya zərbələri İsrail-Livan sərhədinin yaxınlığına da endirilib və qarşıdurma Qərb sahilində zorakılıqlara yol açıb. Həmas rəsmilərindən biri deyib ki, atəşkəs razılaşması "Fələstin xalqının qələbəsidir". İsrail tərəfi isə uğurlu hərbi əməliyyatlar apardığını bildirib. İsrailin müdafiə naziri Benni Qantz Twitter-də yazıb ki, ərazidə yaranmış vəziyyət hərbi əməliyyatların davam etdirilib-etdiriməyəcəyini müəyyənləşdirəcək.

Azər Nuriyev


Etiketlər:  günlük faciə bitdimi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ