Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Heydər Əliyev Fondu mümkün olan hər şeyi edir, təşəkkür edirəm'' - Oqtay Gülalıyevin xanımı

''Heydər Əliyev Fondu mümkün olan hər şeyi edir, təşəkkür edirəm'' - Oqtay Gülalıyevin xanımı

Tarix: 22 May 2021 11:14

"Allaha şükür, Oqtay bəyin durumunda yaxşılaşmalar var. Əllərini hərəkət etdirir, nə isə demək istəyir. Əli ilə reaksiya verir, "hə" və "yox" deyir".

Oqtay Gülalıyevin həyat yoldaşı Firuzə xanımın dediyinə görə, ərinin sağlıq durumunda sürəkli müsbət irəliləyiş müşahidə olunur. Traxeyasındakı vəziyyət düzəlməyə başladığından O.Gülalıyev səslər çıxarır və bu minvalla yaxında danışıq qabiliyyətini bərpa olması gözlənilir.

Xatırladaq ki, 51 yaşlı Oqtay Gülalıyev tanınmış hüquq müdafiəçisidir. Oqtay Gülalıyev 2019-cu il 29 oktyabrda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində kəllə-beyin travması alıb və bir neçə saatdan sonra komaya düşüb. Əməliyyat yalnız növbəti gün həyata keçirilib və mütəxəssislərin rəyinə görə, bu müddətdə beyinə qan sızması artıb. 2019-cu il noyabrın 5-də Heydər Əliyev Fondunun dəstəyi ilə müalicəsini davam etdirmək üçün Türkiyənin İstanbul şəhərindəki Avrasiya Klinikasına yerləşdirilib. Noyabrın 20-dən onun müalicəsi İstanbuldakı Amerika Xəstəxanasında davam etdirilib.

Gülalıyev 2020-ci il noyabrın 8-də Türkiyədən Bakıya gətirilib. Onun müalicəsi ev şəraitində davam etdirilir.

Son vaxtlar hüquq müdafiəçisinin səhhətində ciddi irəliləyişlər müşahidə olunur.

Sonxeber.net bildirir ki, "Turan" İnformasiya Agentliyinin "Çətin sual" YouTube kanalında O.Gülalıyevin xanımı ərinin durumundan və müalicə prosesindən detallarla, müfəssəl şəkildə danışıb, sualları cavablayıb.

"Oqtay bəy Türkiyədə başından üç dəfə əməliyyat olundu. Türkiyədəki müalicə dönəmində Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov bizimlə daima əlaqə saxlayırdı, Oqtay bəyin səhhətinin yaxşılaşması ilə bağlı, onun əvvəlki durumuna qayıtması üçün əllərindən gələni edirdi. Heydər Əliyev Fondu mümkün olan nə varsa, hamısını elədi. Dövlətimizin qayğısı, Heydər Əliyev Fondunun dəstəyi olmasa Oqtay aramızda olmazdı. Türkiyədəki həkimlərlə danışırıq, onlar söyləyirlər ki, Oqtay bəyin səhhətində irəliləyişlər var. Danışır, daha doğrusu, danışmağa çalışır, səslər çıxarır. Traxeyasında il yarım aparat qaldığından səs tellərinin bərpasına zaman gərəkdir. Oktay bəy hazırda sürəkli həkim nəzarətindədir. Evdə müalicə alır və bunun üçün ayrılmış tibb bacıları da qayğılarını əsirgəmirlər", - F.Gülalıyeva söyləyib.

"Hazırda əsas məqsəd prosedurun bərpa edilməsi, reabilitasiya tədbirləri, orqanizmin itirilmiş funskiyalarının bərpasıdır", deyə o qeyd edib.

O, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevayya təşəkkür edib.


Etiketlər:  Heydər Əliyev Fondu mümkün olan hər şeyi edir təşəkkür edirəm Oqtay Gülalıyevin xanımı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ